Parlament çoxluğu “Gürcü Arzusu”nun kazinolarla bağlı təşəbbüsünü Patriarxlığın ictimaiyyət əlaqədar şöbəsinin rəhbəri, keşiş Andria Jaqmaidze tənqid edir.
Aktual.ge xəbər verir ki, o, açıqlamasında Gürcüstanın Xalq Müdafiəçisinin mövqeyini bölüşüb.
Keşişin sözlərinə görə, beynəlxalq qumar turnirlərinin təşkilinə kazinolara imkan verəcək qanunvericilik paketi ilə bağlı hələlik Patriarxlıqda geniş müzakirələr aparılmayıb. Bununla belə, o vurğulayıb ki, “Patriarxlıq bu prosesdən kənarda qala bilməz”.
Andria Jaqmaidzenin dediyinə görə, qanunvericilik paketi ilə bağlı Patriarxlıqla əvvəlcədən heç bir əlaqə saxlanılmayıb. Buna görə də baş verənlər Gürcüstan Patriarxlığı üçün tamamilə gözlənilməz olub.
“Gürcüstan Patriarxlığı 2017-ci ildən etibarən qumar oyunları sahəsində qaydaların hazırlanması və tətbiqini hədəfləyən prosesin birbaşa təşəbbüskarı və əsas iştirakçılarından biri olub. Bu məsələ üzərində bir neçə il ərzində iş aparılıb. Prosesi Patriarxlıq tərəfindən Ümumgürcüstan katolikos-patriarxı III Şio, həmin vaxt isə patriarxlıq taxtının vəkili kimi, idarə edib. Bir sıra araşdırmalar aparılıb, statistik məlumatlar toplanaraq təhlil edilib və nəticələr ictimaiyyətə təqdim olunub. Nəticədə hakimiyyət tərəfindən bütöv bir tənzimləmə paketi qəbul edilib ki, bu da olduqca müsbət qarşılanıb.
Hazırkı qanunvericilik təşəbbüsü isə bizim üçün tamamilə gözlənilməz olub. Çünki bu məsələ ilə bağlı Patriarxlıqla əvvəlcədən heç bir əlaqə saxlanılmayıb.
Hələlik Patriarxlıqda bu məsələ ətrafında geniş müzakirələr aparılmayıb. Lakin deyə bilərəm ki, Patriarxlıq bu prosesdən kənarda qala bilməz. Xalq Müdafiəçisinin mövqeyi ilə tanış olmuşuq və şəxsən mən onun arqumentlərini böyük ölçüdə bölüşürəm. Ümid edirik ki, qanun layihəsinin təşəbbüskarları ilə dialoq müsbət nəticə verəcək”, – deyə keşiş Andria Jaqmaidze “İnterpressnews”a bildirib.
Xatırladaq ki, Gürcüstan parlamenti beynəlxalq qumar turnirlərinin təşkilinə kazinolara imkan verəcək qanunvericilik paketini sürətləndirilmiş qaydada müzakirə edib və iki oxunuşda dəstəkləyib.
Qeyd edək ki, Gürcüstan Xalq Müdafiəçisi Aparatı kazinolara beynəlxalq qumar turnirləri keçirmək hüququnun verilməsinə qarşı çıxır və Parlamenti qanunvericilik düzəlişlərinin qəbulunu dayandırmağa çağırır.