Polşa polis əməkdaşları ölkənin Konstitusiya Tribunalının ərazisinə daxil olublar.
Aktual.ge Oxu-ya istinadən xəbər verir ki, tribunalın rəsmi saytında qurumun sədri Boqdan Şvençkovskinin və sədr müavini Bartlomey Sohanşkinin səlahiyyətlərinin dayandırılması barədə elan dərc olunub.
Ölkədə baş verən hadisələrlə əlaqədar Polşa Prezidenti Karol Navrotski Seneqala səfərini yarımçıq dayandırdığını açıqlayıb.
Polşanın Baş naziri Donald Tusk Konstitusiya Tribunalının sədrinin və sədr müavininin vəzifələrindən kənarlaşdırılmasını şərh edərkən bunun zəruri addım olduğunu bildirib.
"Hüququn aliliyinin bərpası bizim borcumuzdur. 'Hüquq və Ədalət' partiyasının uzun illər davam edən qanunsuzluqlarından sonra bu, çətin, bəzən ağrılı, qətiyyətli addımlar tələb edən prosesdir. Başqa yol yoxdur", - deyə Tusk qeyd edib.