"Gürcüstan və Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı proseslərin sürətləndirilməsi barədə razılığa gəlmişik. Uzun illərdir sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində heç bir dəyişiklik və irəliləyiş yoxdur. İrəliləyiş əldə olunmayan məsələlərdə azərbaycanlı dostlarımızla birlikdə qısa müddətdə nəticəyə nail olmaq istəyirik".
Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze David Qareci monastır kompleksi və Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı juranlistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, tərəflər arasında hələ də razılıq əldə olunmayan 15 sərhəd sahəsi var.
“Biz həm komissiyanın iclasında, həm də ikitərəfli görüşdə sərhədlərin delimitasiyası və demarkasiyası məsələsini müzakirə etdik. Bu məsələnin tərkib hissəsi David Qareci monastırı və müvafiq ərazidir. Ümidimizi ifadə etdik ki, sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində işlər sürətlə davam etdiriləcək. Son uzun illər ərzində bu istiqamətdə heç bir dəyişiklik olmayıb. Bizə sürətli irəliləyiş lazımdır. Bu, Azərbaycan tərəfinə müraciətimiz və çağırışımız idi. Bu çağırışımıza çox dostyana cavab aldıq.
Biz sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı prosesləri sürətləndirmək barədə razılığa gəldik. Uzun illərdir bu istiqamətdə heç bir dəyişiklik və irəliləyiş yoxdur. İrəliləyiş əldə olunmayan məsələlərdə azərbaycanlı dostlarımızla birlikdə, dostluq şəraitində qısa müddətdə nəticəyə nail olmaq və razılıq əldə edilməyən hər bir sahəni müzakirə etmək istəyirik.
Belə sahələrin sayı dəqiq olaraq 15-dir. Bu 15 sahənin hər biri ilə bağlı çox fəal işləməliyik”, – deyə İrakli Kobaxidze qeyd edib.