İnterpolun axtardığı Türkiyə vətəndaşı Gürcüstanda saxlanıldı
Bugün
107
Kriminal
A
İnterpolun axtardığı Türkiyə vətəndaşı Gürcüstanda saxlanıldı

Daxili İşlər Nazirliyinin (DİN) Mərkəzi Kriminal Polis Departamentinin Acara Baş İdarəsinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan Türkiyə vətəndaşını saxlayıblar.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, saxlanılan şəxs Türkiyənin hüquq-mühafizə orqanlarının tələbi əsasında 12 yaşına çatmış uşağa qarşı ağırlaşdırıcı hallarda törədilmiş seksual zorakılıq ittihamı ilə axtarışda olub.

"Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilən istintaq tədbirləri nəticəsində axtarışda olan şəxsi Batumidə saxlayıblar.

Hazırda saxlanılan şəxsin Türkiyəyə ekstradisiyası ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar həyata keçirilir",  - məlumatda deyilir.

ŞƏRH YAZ
0