Tbilisidə baş verən dəhşətli qətlin İLK TƏFƏRRÜATLARI
Bugün
1041
Kriminal
A
Tbilisidə baş verən dəhşətli qətlin İLK TƏFƏRRÜATLARI

Tbilisidə Kür çayının sağ tərəfi sahilində əbaş vermiş qətlin yeni təfərrüatları üzər çıxır.

Aktual.ge yerli mətbuata istinadən xəbər verir ki, 60 yaşdan yuxarı ər-arvad öldürülüb.

Məlumatlara əsasən, işdən evə qayıdan ər-arvadı binanın girişində, liftə iki maskalı şəxs müşayiət edib və onlara odlu silahdan atəş açıb. 60 yaşdan yuxarı olan cütlük hadisə yerindəcə həyatını itirib. Ər-arvad “Saba” ticarət mərkəzində işləyirmiş.

Cinayətin motivinin nə olduğu hələlik məlum deyil.

Hazırda hadisə yerində bir neçə patrul polis ekipajı səfərbər olunub, ərazi sarı lentlə hasarlanıb. Binanın həyətində kriminalist-ekspertlər işləyirlər. Hadisə yerində prokuror Levan Vepxvadze də iştirak edir.

Xatırladaq ki, qanlı hadisə bir qədər əvvəl Didube rayonunda, Alman Hospitalının yaxınlığında yerləşən “Center Point” yaşayış binasında baş verib.

Baş vermiş qətllə bağlı polis Gürcüstan Cinayət Məcəlləsinin 109-cu və 236-cı maddələri ilə istintaqa başlanılıb. Bu maddələr ağırlaşdırıcı hallarda iki və ya daha çox şəxsin qəsdən öldürülməsini, həmçinin odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınmasını nəzərdə tutur.

Mənbə: Tvpirveli

Foto: IPN

ŞƏRH YAZ
0