Türkiyəyə səfər edəcək olanların nəzərinə - Səfər edərkən bunları etməlisiniz
26.12.2020 01:20
1017
Sağlamlıq
A
Türkiyəyə səfər edəcək olanların nəzərinə - Səfər edərkən bunları etməlisiniz
Türkiyə rəsmilərinin yeni qərarına əsasən, 28 dekabrdan hava yolları vasitəsilə ölkə ərazisinə daxil olan şəxslərdən koronavirusa yoluxmadıqlarını təsdiq edən neqativ test sənədi tələb olunacaq. Aktual.ge məlumat verir ki, bunu Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fəxrəddin Qoca bildirib. “Türkiyəyə 28 dekabrdan təyyarə ilə 30 dekabrdan isə quru yolu nəqliyyatı ilə gələn bütün sərnişinlər 72 saat əvvəl edilən mənfi koronavirus testinin sənədini təqdim etməlidirlər. Əks təqdirdə onların Türkiyəyə girişlərinə icazə verilməyəcək”, - deyə Türkiyə Səhiyyə Nazirliyinin göstərişində qeyd olunur. Bu tənzimləmə 1 Mart 2021-ci il tarixinədək qüvvədə olacaqdır. Türkiyənin Gürcüstandakı Səfirliyinin yaydığı məlumata görə isə, İngiltərədə koronavirusun yeni formasının artması və mutasiya ilə əlaqəli olduğu bildirilən SARS-CoV-2 virusunun ölkəyə girişinin qarşısını almaq üçün bu məhdudiyyət tətbiq olunur. Səfirlik bildirir ki, mənfi PCR (Koronavirus testi) testi təqdim etməyən şəxslər Türkiyədə qalacaqları ünvanı (ev, otel və s -red) bildirməsələr karantinaya alınacaqlar. Qalacaqları yer olmadığını bildirənlər isə Şəhər Sağlamlıq Müdirliyi tərəfindən təyin olunan yerlərdə karantinaya alınacaqlar. Diplomatik korpusdan qeyd olunub ki, karantin dövrünün 7-ci günündə PCR testləri aparılacaq və mənfi nəticələr verənlərin karantinası 7-ci günün sonunda ləğv ediləcək və müsbət PCR testləri verənlərin müalicəsi Səhiyyə Nazirliyinin COVID-19 təlimatlarına uyğun olaraq həyata keçiriləcəkdir. Gürcüstan vətəndaşları Türkiyədəki rəsmi Tbilisinin Diplomatik korpusları ilə əlavə suallarla bağlı qaynar xəttiə zəng vura bilərlər: 1. Gürcüstanın Ankara səfirliyinin qaynar xətti: +90 533 690 30 40; +90 539 220 82 80; 2. Gürcüstanın İstanbuldakı Baş Konsulluğunun qaynar xətti: +90 541 818 44 00; 3. Gürcüstanın Trabzondakı Baş Konsulluğunun qaynar xətti: +90 541 326 22 26.
ŞƏRH YAZ
2