Kateqoriyalar
Marneuli bələdiyyəsinin Sadaxlı kəndində daxili yolların bərpası işləri həyata keçirilir. Layihə çərçivəsində 1 226 metr uzunluğunda ikiqat asfalt-beton yol örtüyü döşənib.
Aktual.ge xəbər verir ki, bu barədə Marneuli meriyası məlumat yayıb.
"Marneuli meri Kənan Ömərov, Sakrebulonun sədri Amiran Qiorqadze və yerli özünüidarəetmənin nümayəndələri ilə birlikdə görülən işlərin gedişatı ilə yerində tanış olub. Layihə, Regional İnkişaf Fondu və yerli büdcə tərəfindən birgə maliyyələşdirilir və onun ümumi dəyəri 423 063 lari təşkil edir. Qeyd edək ki, 2024-cü ildə Marneuli Munisipalitetinin 18 kəndində daxili yol infrastrukturunun təşkili nəzərdə tutulub. Layihələrin ümumi dəyəri 9 319 859 lari təşkil edir",- məlumatda qeyd olunub.


