Bu axşam Marneuli Meriyasının önündə Galatasarayın çempionluğu qeyd olunacaq - FOTO
09.05.2026 16:19
947
İdman
A
Bu axşam Marneuli Meriyasının önündə Galatasarayın çempionluğu qeyd olunacaq - FOTO

Bu axşam saat 23:30-da Marneuli Meriyasının qarşısında Galatasaray azarkeşləri Türkiyə Super Liqasındakı 26-cı çempionluğu qeyd edəcək.

Aktual.ge xəbər verir ki, bununla bağlı Marneulidə fəaliyyət göstərən həvəskar Galatasaray fan klubu məlumat yayıb.

“Marneulidə Galatasarayın 26-cı çempionluğu münasibətilə böyük toplanış keçiriləcək. Bu gecə saat 23:30-da bütün Galatasaray azarkeşləri Marneuli mərkəzinə dəvətlidir. Maşın karvanı, bayraqlar və əsl çempionluq atmosferi olacaq" , - Fan klubun üzvü Fuad Bədəlov bildirib.

ŞƏRH YAZ
16