Marneulidə tortdan zəhərlənmə olub
18.05.2026 08:54
1938
Sağlamlıq
A
Marneulidə tortdan zəhərlənmə olub

Marneulidə yerləşən "Oven" şirniyat evindən alınan tortdan 6 nəfərdə sağlamlıq problemləri yaranıb.

Aktual.ge xəbər verir ki, bu barədə sosial şəbəkədə mülkü fəal Nərmin Səfərova yazıb.

Onun sözlərinə görə, tortdan zəhərlənən şəxslər təcili yardım maşını ilə klinikaya aparılıb.

"Biz Gürcüstanın Milli Qida Agentliyinə müraciət edərək Marneuli bələdiyyəsində yerləşən “Oven” obyektinin təcili yoxlanılmasını tələb edirik. Həmin obyektdən alınmış tortu yedikdən sonra 6 nəfərdə, o cümlədən uşaqlarda sağlamlıq problemləri yaranıb. 

Vəziyyət o qədər ağırlaşıb ki, 3 nəfər (2 böyük və 1 uşaq) təcili tibbi yardım tərəfindən Aversi klinikasına aparıllb.

Həmçinin qeyd etmək istəyirəm ki, tortun qalan hissəsi saxlanılıb və mümkün səbəbin müəyyən edilməsi üçün onların laborator müayinəyə/analizə təqdim edilməsi planlaşdırılır.

Tələbimiz faktların obyektiv və vaxtında araşdırılması, obyektin sanitar və qida təhlükəsizliyi şərtlərinin yoxlanılmasıdır ki, gələcəkdə belə halların qarşısı alınsın.

Müvafiq qurumlardan operativ reaksiya vermələrini xahiş edirik", - deyə o yazıb.

ŞƏRH YAZ
13