Kateqoriyalar
Marneulidə Nizami Gəncəvinin abidəsi təhqir edilib - FOTO/VİDEO
Marneuli şəhərində yerləşən dahi mütəfəkkir, şair Nizami Gəncəvinin abidəsi naməlum şəxs və ya şəxslər tərəfindən təhqir edilib, büstün görünüşünə zərər yetirilib.
Aktual.ge-nin verdiyi xəbərə görə, hadisənin konkret nə vaxt baş verdiyi məlum deyil.
Abidənin yerləşdiyi Nizami Gəncəvi küçəsinin sakinlərindən əldə edilən məlumata əsasən, abidə təxminən 10 gündür bu vəziyyətdədir.
Qeyd edək ki, ərazidə həm fərdi, həm də dövlət qurumlarına məxsus təhlükəsizlik kameraları mövcuddur.

