Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatlarına görə, hər il 7 milyondan çox insan tütün istifadəsi səbəbindən həyatını itirir. Gürcüstanda isə bu göstərici ildə 11 min 400 nəfərə çatır. B
Aktual.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Ümumdünya Tütünlə Mübarizə Günü münasibətilə yaydığı məlumatda bildirilir.
Nazirliyin məlumatına əsasən, aparılan tədqiqatlar elektron siqaretlərin və qızdırılan tütün məhsullarının siqaretdən imtina üçün təhlükəsiz vasitə olmadığını təsdiqləyir. Bu məhsullar ağciyərlərin xroniki xəstəliklərinə və xərçəng riskinə səbəb olan toksik, kanserogen maddələr və ağır metalları ehtiva edir.
“Qeyd etmək lazımdır ki, Gürcüstanda qanunvericiliyin sərtləşdirilməsi istiqamətində mühüm addımlar atılıb və köhnə qablaşdırmalar tamamilə standartlaşdırılmış qablaşdırmalarla əvəz olunub”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, 20 il əvvəl Gürcüstan Tütünə Nəzarət üzrə Çərçivə Konvensiyası sənədini ratifikasiya edib.