Kavelaşvili Ayətullah Xameneinin dəfn mərasiminə dəvət edilib
30.06.2026 12:53
430
Siyasət
A
Kavelaşvili Ayətullah Xameneinin dəfn mərasiminə dəvət edilib

Gürcüstan Prezidenti Mixeil Kavelaşvilini Tehranda Ayətullah Əli Xameneinin dəfn mərasiminə dəvət olunub.

Aktual.ge xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, 9 iyul tarixində İrana Türkmənistan, Pakistan, Ermənistan və Azərbaycanın rəsmi nümayəndə heyətləri ilə birlikdə Gürcüstan nümayəndə heyəti də dəvət olunub.

İranın vitse-prezidenti bildirib ki, xarici ölkələrin yüksək vəzifəli rəsmiləri cümə günü Tehrana gələcəklər və İran rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcəklər.

Mixeil Kavelaşvilinin Ayətullahın dəfn mərasimində iştirak etmək üçün İrana gedib-getməyəcəyi hələ onun administrasiyası tərəfindən təsdiqlənməyib. 

ŞƏRH YAZ
6