“Gənclər ölkəmizin gələcəyidir”.
Aktual.ge xəbər verir ki, bunu Baş nazir İrakli Kobaxidze Qazaxıstanda jurnalistlərə açıqlamasında deyib.
Baş nazir “Gürcü Arzusu”nun Gənclər Təşkilatının yekun konfransı və regionlarda keçirilən görüşlərlə bağlı suala cavab verərkən bildirib ki, bu görüşlər hökumət üçün xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, gənclərlə hakimiyyət və hakim partiya arasında sıx dialoqun olması vacibdir.
“Gənclər gələcəkdə ölkənin idarəçiliyini öz üzərlərinə götürəcəklər. Buna görə də onların problemlərini dinləmək, qaldırdıqları məsələləri öyrənmək və bu fikirləri nəzərə almaq bizim üçün önəmlidir”, – deyə Kobaxidze bildirib.
Baş nazir qeyd edib ki, regionlarda keçirilən görüşlər zamanı gənclər tərəfindən müxtəlif məsələlər qaldırılıb və bu ünsiyyətin davam etdirilməsi vacibdir.