Dünya birjalarında neft üçgünlük artımdan sonra UCUZLAŞDI
Bugün
217
Dünya
A
Dünya birjalarında neft üçgünlük artımdan sonra UCUZLAŞDI

Qlobal bazarda neft üçgünlük bahalaşmadan sonra cüzi ucuzlaşıb.

Aktual.ge xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

Bakı vaxtı ilə saat 09:14-də Londonun ICE birjasında sentyabr ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 0.46 dollar (0.54%) azalaraq bir barel üçün 84.49 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent"in qiyməti 0.22 dollar (0.26%) bahalaşaraq bir barel üçün 84.95 dollar təşkil etmişdi.

Nyu-York Ticarət Birjasında (NYMEX) avqust ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin dəyəri 0.26 dollar (0.33%) azalaraq bir barel üçün 79.34 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 0.26 dollar (0.33%) artaraq bir barel üçün 79.6 dollara satılmışdı.

ŞƏRH YAZ
0