Candar qəsəbəsində baş verən zorakılıq faktı ilə bağlı bir nəfər saxlanılıb
28.07.2026 11:13
533
Siyasət
A
Candar qəsəbəsində baş verən zorakılıq faktı ilə bağlı bir nəfər saxlanılıb

Polis Marneulidə 31 yaşlı Rahib Abdullayevə qarşı törədilən zorakılıq faktı ilə bağlı bir nəfəri saxlayıb. Marneuli bələdiyyəsinin Candar qəsəbəsində  31 yaşlı oğlana qaz tapançası ilə atəş açılıb.

Aktual.ge xəbər verir ki, hadisə 26 iyul tarixində baş verib.

Ananın məlumatına görə, sərxoş vəziyyətdə olan gənc ağız nahiyəsindən açılan atəş nəticəsində ağır xəsarət alıb.

Yaralı dərhal tibb müəssisəsinə çatdırılıb. Mövcud məlumata görə, o, ağız nahiyəsindən ağır xəsarətlər alıb, eyni zamanda qulaq pərdələri cırılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsi (zorakılıq) ilə cinayət işi üzrə araşdırmaya başlayıb. Qeyd edək ki, Daxili İşlər Nazirliyi qaz tapançası ilə atəş açılması faktını təsdiqləmir.

ŞƏRH YAZ
0