Mədəniyyət naziri istefa verib
28.07.2026 19:05
112
Siyasət
A
Mədəniyyət naziri istefa verib

Tinatin Ruxadze mədəniyyət naziri vəzifəsindən istefa verib.

Aktual.ge xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb.

O qərarının səbəbi kimi səhhətindəki vəziyyəti göstərib və bildirib ki, səhhəti ona çox sevdiyi və özü üçün dəyərli olan işə lazımi diqqəti ayırmağa imkan vermir.

Tinatin Ruxadze baş nazirə göstərdiyi etimada görə təşəkkür edib, həmçinin hökumətin bütün üzvlərinə və nazirlik əməkdaşlarına minnətdarlığını bildirib və komandanı dəstəkləməyə davam edəcəyini qeyd edib.

“Baş nazirlə məsləhətləşdikdən sonra Mədəniyyət naziri vəzifəsini tərk etmək qərarına gəldim.

Səhhətimlə əlaqədar təcili müalicə kursu keçməli olacağam. Bu səbəbdən nazir vəzifəsini lazımi qaydada yerinə yetirə bilməyəcəyəm. Mədəniyyət xüsusi qayğı və diqqət tələb edən bir sahədir. Təəssüf edirəm ki, səhhətim çox sevdiyim və mənim üçün ən dəyərli olan işə lazımi diqqəti ayırmağa imkan vermir.

Baş nazirə göstərdiyi etimada görə təşəkkür etmək istəyirəm.

Hökumətin hər bir üzvünə göstərdikləri dəstək və həmrəyliyə görə təşəkkür edirəm.

Təşəbbüslərimizi dəstəkləyən hər kəsə minnətdarlığımı bildirirəm. Mədəniyyət Nazirliyinin hər bir əməkdaşına yorulmaz əməyinə və sədaqətli xidmətinə görə xüsusi təşəkkürümü çatdırıram.

Sizin dəstəkçiniz olaraq qalacağam və sizə uğurlar arzulayıram!” , – deyə Tinatin Ruxadze yazıb.

ŞƏRH YAZ
0