Marneuli Mərkəzi İmam Əli Məscidi və Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin təşkilatçılığı ilə İraqın Kərbəla şəhərində İmam Hüseynin Ərbəin ziyarəti münasibətilə zəvvarlara ehsan verilir.
Marneuli xalqının dəstəyi ilə Kərbəlada, 515 nömrəli sütunun yaxınlığında qurulan və ətrafında Gürcüstan dövlət bayraqlarının dalğalandığı "Ümmil Bənin" stendi artıq üç gündür fəaliyyət göstərir.
Hər gün axşam saatlarında stenddə təxminən 300 şiş kabab hazırlanaraq zəvvarlara təmənnasız paylanılır. Bununla yanaşı, sərinləşdirici içkilər, müxtəlif şirniyyatlar və meyvə şirələri də ziyarətçilərə təqdim olunur.
Bildirilib ki, stenddə zəvvarların istirahəti, gecələməsi və digər zəruri ehtiyaclarının qarşılanması üçün də lazımi şərait yaradılıb.
Qeyd olunub ki, qrupun fəaliyyəti 10 gün davam edəcək.
Daha ətraflı video xəbəri təqdim edirik: