Millət vəkili:
Bugün
36
Siyasət
A
Millət vəkili: "Bidzina İvanişvilinin xeyirxah əməlləri həmişə yaşayacaq"

Parlament çoxluğunun deputatı İrakli Kadaqişvili "Gürcü Arzusu"nun üzvləri və tərəfdarlarının partiyanın təsisçisi və fəxri sədri Bidzina İvanişvili haqqında paylaşılan tərif xarakterli yazılarla bağlı suala münasibət bildirib.

Aktual.ge xəbər verir ki, onun sözlərinə görə, gürcü xalqı Sameba kilsəsinə, bərpa olunmuş qədim kilsələrə, teatrlara, universitetlərə və digər bərpa edilmiş binalara daxil olduqca, Bidzina İvanişvilinin xeyirxah əməlləri də yaşayacaq.

“Gürcüstan mövcud olduqca, gürcü insanı Sameba kilsəsinə daxil olduqca, çoxsaylı bərpa olunmuş qədim gürcü kilsələrinə daxil olduqca, Rustaveli Teatrına, Opera Teatrına, Marcanişvili Teatrına, Tbilisi Dövlət Universitetinə, Kutaisi Universitetinə və digər məkanlara daxil olduqca, orada dua etdikcə və ya incəsənət nümunələrindən zövq aldıqca, əlbəttə ki, Bidzina İvanişvilinin xeyirxah əməlləri də bunun ayrılmaz hissəsi olacaq”, – deyə İrakli Kadaqişvili bildirib.

ŞƏRH YAZ
3