ABŞ səfirliyi: Biz Gürcüstan hökumətinin nifrət nitqinə qarşı mübarizə idarəsi ilə bağlı narahatıq
28.07.2026 11:23
283
Siyasət
A
ABŞ səfirliyi: Biz Gürcüstan hökumətinin nifrət nitqinə qarşı mübarizə idarəsi ilə bağlı narahatıq

Biz Gürcüstan hökumətinin nifrət nitqinə qarşı mübarizə idarəsi ilə bağlı narahatıq. Yalan və yanlış fikirlərə ən yaxşı cavab daha çox söz azadlığıdır, zorla tətbiq edilən susqunluq deyil.

Aktual.ge xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyində jurnalist Vaxo Sanayanın saxlanılması ilə bağlı “Azadlıq Radiosu”nun sualına cavab olaraq bildirilib.

Səfirlikdən bildirilib ki, onlar senzura və arzuolunmaz fikirlərə sahib insanların səsini boğmaq üçün istifadə olunan məhdudlaşdırıcı qanunlara qəti şəkildə qarşı çıxırlar.

“Tramp administrasiyası açıq şəkildə bəyan edib ki, ABŞ söz azadlığını fəaliyyət göstərən cəmiyyətin fundamental əsası hesab edir və biz senzura, eləcə də arzuolunmaz fikirlərə sahib insanların səsini boğmaq üçün istifadə olunan məhdudlaşdırıcı qanunlara qəti şəkildə qarşıyıq.

Gürcüstanlı tərəfdaşlarımızla da bölüşdüyümüz kimi, sabitlik dövlət institutları ilə vətəndaşların adından əməkdaşlıq edən siyasi müxalifətin mövcudluğunu tələb edir – həmin vətəndaşların ki, onlar bu müxalifətə səs veriblər.

Fikirlərin geniş şəkildə təmsil olunması ilə təmin edilən siyasi sabitlik Gürcüstanı Amerika investisiyaları, təhlükəsizlik sahəsində əməkdaşlıq və uzunmüddətli strateji tərəfdaşlıq üçün etibarlı tərəfdaşa çevirən amillərdən biridir.

Biz Gürcüstan hökumətinin nifrət nitqinə qarşı mübarizə idarəsi ilə bağlı narahatıq. Yalan və yanlış fikirlərə ən yaxşı cavab daha çox söz azadlığıdır, zorla tətbiq edilən susqunluq deyil”, - deyə ABŞ səfirliyindən qeyd olunub.

ŞƏRH YAZ
2