Kateqoriyalar
Milli tədris planına əsasən, kimyanın tədrisinə 8-ci sinifdən deyil, 7-ci sinifdən başlanılacaq.
Aktual.ge xəbər verir ki, bununla bağlı Təhsil, Elm və Gənclər naziri Qivi Mikanadzenin qərarı əsasında Milli Tədris Planına dəyişikliklər edilib.
Bundan əlavə, sənədə əsasən, 7-ci sinif şagirdləri “Dünya tarixi” və “Gürcüstan tarixi” fənlərini ayrı-ayrılıqda öyrənəcəklər.
Sənəddə qeyd olunur ki, tarix fənni “Dünya tarixi” fənnini əhatə edir və VII sinifdə tədris olunur, “Tarix” fənni VIII-IX və XI-XII siniflərdə, “Gürcüstan tarixi” fənni isə VII və X-XII siniflərdə tədris olunur. Həmçinin vətəndaş təhsili (VII-XII siniflərdə “Vətəndaşlıq” fənnini, XI-XII siniflərdə isə məcburi layihələr vasitəsilə tədrisi əhatə edir.