Təhsil nazirinin qərarı ilə milli tədris planında dəyişikliklər edilib
Bugün
233
Siyasət
A
Təhsil nazirinin qərarı ilə milli tədris planında dəyişikliklər edilib

Təhsil, Elm və Gənclər naziri Qivi Mikanadzenin qərarı ilə Milli Tədris Planına dəyişikliklər edilib.

Aktual.ge xəbər verir ki, yeni qaydalara əsasən, dövlət məktəblərində şagirdlərin semestr ərzində qiymətləndirilməsi üç əsas komponent üzrə aparılacaq: ev tapşırığı, sinif tapşırığı və yekun tapşırıq. Hər üç komponentin qiymətləndirmədə çəkisi eyni olacaq.

Şagirdin hər hansı fənn üzrə illik qiyməti 5,0-dan aşağı olarsa, məktəb payız imtahanından əvvəl ona remediasiya proqramı təklif etməlidir.

Yekun tapşırıqlarda esse, layihə, tədqiqat, məlumatların təhlili və digər praktiki və yaradıcı işlərdən istifadə məcburi olacaq. Qiymətləndirmə əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında aparılacaq və bu meyarlar şagirdlərə əvvəlcədən təqdim ediləcək.

Dərsi buraxdığı üçün yekun tapşırığı yerinə yetirə bilməyən şagirdə isə həmin tapşırığı sonradan yerinə yetirmək imkanı veriləcək.

I–IV siniflərdə və V sinfin birinci semestrində yalnız inkişafetdirici qiymətləndirmədən istifadə olunacaq. I–VI siniflərdə ev tapşırıqları da yalnız inkişafetdirici qiymətləndirmə ilə qiymətləndiriləcək.

Xəstəxanada müalicə səbəbindən təhsildə çətinlik yaranan şagirdlər üçün isə remediasiya proqramı və ya evdə təhsil imkanı tətbiq ediləcək.

ŞƏRH YAZ
1