“Bunu qeyri-adi adlandıra bilmərik
08.09.2026 15:58
181
Hadisə
A
“Bunu qeyri-adi adlandıra bilmərik" | Nino Çxoba­dze

Acara bölgəsində istirahət edən turistlər və yerli sakinlər Qara dənizdə nəhəng burulğan qeydə alıblar.

Aktual.ge xəbər verir ki, qeydə alınan video sosial şəbəkələrdə Şekvetili, Ureki və Kobuletidən paylaşılıb və müzakirə predmetinə çevrilib.

Vətəndaşlar bunu sosial şəbəkədə qeyri-adi hadisə adlandırıblar. |

“Gürcüstanın Yaşılları – Yer Dostları” təşkilatının sədri, mütəxəssis Nino Çxoba­dzenin sözlərinə görə, ehtimal etmək lazımdır ki, burulğan Gürcüstanda əvvəllər də müşahidə olunub. Əks halda, gürcü dilinin leksikonunda “burulğan” sözü mövcud olmazdı. Onun proqnozlaşdırılması isə mümkün deyil.

“Gürcüstanda burulğan əvvəllər də olub. Çünki gürcü dilində ‘burulğan’ sözü var. Bu o deməkdir ki, bu hadisə Gürcüstan üçün xarakterik olub. XX əsrin sonlarında burulğan olduğunu xatırlamıram. Lakin təxminən 6 il əvvəl Qara dənizdə burulğanlar qeydə alınmışdı. Dünənki isə kifayət qədər böyük idi.

Bu hadisəni qeyri-adi adlandıra bilmərik. Çünki iki il əvvəl Kaxetidə, Alaverdi kilsəsinin ərazisində də burulğan müşahidə olunmuşdu. Bundan əvvəl isə bir neçə dəfə Cavaxetidə baş vermişdi”.

ŞƏRH YAZ
1