Diqqətlər Şəhər Məhkəməsinə yönəldi: Keçmiş DTX rəisi barədə bu gün hökm elan ediləcək
Bugün
254
Siyasət
A
Diqqətlər Şəhər Məhkəməsinə yönəldi: Keçmiş DTX rəisi barədə bu gün hökm elan ediləcək

Korrupsiya cinayətində təqsirləndirilən, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçmiş rəhbəri Qriqol Liluaşvilinin işi üzrə hökm bu gün elan ediləcək.

Aktual.ge xəbər verir ki, məhkəmə iclası Tbilisi Şəhər Məhkəməsində saat 14:00-a təyin olunub.

Dünən keçirilən məhkəmə iclasında müdafiə tərəfi yekun çıxışını edib. Bugünkü iclasda isə tərəflər replikalarla çıxış etmək hüququndan istifadə edəcəklər. Həmçinin Qriqol Liluaşvili son sözünü söyləmək hüququndan istifadə edəcək. Bundan sonra hakim Nino Taraşvili hökm çıxarmaq üçün müşavirəyə gedəcək.

Məlumat üçün bildirək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili Baş Prokurorluqda dindirilməyə gəldikdən sonra 2025-ci ilin dekabrın 23-də həbs edilib. O, Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 2-ci hissəsinin “g” bəndi və 3-cü hissəsinin “e” bəndi ilə ittiham olunur. Bu maddələr qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda rüşvət almağı nəzərdə tutur və 11 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası müəyyən edir.

ŞƏRH YAZ
0