Tamaz Boraşvili Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəhbəri seçilib
Bugün
51
Siyasət
A
Tamaz Boraşvili Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəhbəri seçilib

Tamaz Boraşvili Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəhbəri seçilib.

Aktual.ge xəbər verir ki, onun namizədliyini Gürcüstan parlamentinin 83 deputatı dəstəkləyib.

Qanunvericiliyə əsasən, DTX-a rəhbəri 6 il müddətinə seçilir. Lakin son 1 il yarım ərzində xidmətə rəhbərlik edən şəxslər vəzifələrini müddət başa çatmadan tərk ediblər.

Qriqol Liluaşvili 2025-ci il aprelin 2-də vəzifəsindən ayrılıb. O, hazırda rüşvət alma ittihamı üzrə cəza çəkir.

Daha sonra DTX rəhbəri vəzifəsinə Anri Ohanaşvili təyin edilib. O, bu vəzifədə təxminən 5 ay çalışıb.

2025-ci il sentyabrın 3-də Ohanaşvilini Mamuka Mdinaradze əvəzləyib. Mdinaradze isə təxminən 8 ay sonra vəzifəsini tərk edib.

Daha sonra Dövlət Təhlükəsizlik Xidmətinə Geka Geladze rəhbərlik edib. Lakin o da vəzifəyə təyin olunmasından 5 ay sonra istefa verib. İndi isəTamaz Boraşvili rəhbərlik edəcək.

 

ŞƏRH YAZ
1