Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı bildirib ki, uzunmüddətli sülhə güc tətbiq etməklə nail olmaq mümkün deyil.
Aktual.ge xəbər verir ki, o, sülh dialoq, qarşılıqlı anlaşma və hörmət üzərində qurulmalı olduğunu vurğulayıb.
Hökumət başçısının sözlərinə görə, sülhün qorunması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi əsas prioritet olaraq qalır.
“Bu Assambleyanın qarşısında Gürcüstanın adından çıxış etmək mənim üçün böyük şərəfdir. Gürcüstanın kimliyi əsrlər boyu formalaşmış tarixi, dözümlülüyü və dəyişən dünya ilə qarşılıqlı əlaqəsi əsasında formalaşıb.
Bu gün biz beynəlxalq vəziyyətin əhəmiyyətli dəyişikliklərə məruz qaldığı bir vaxtda burada toplaşmışıq. Dünyanın müxtəlif regionlarında baş verən hadisələr mövcud vəziyyəti çağırış qarşısında qoyur və beynəlxalq nizamın gələcəyi ilə bağlı suallar yaradır.
Belə bir şəraitdə sülhün qorunması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi əsas prioritet olaraq qalır. Qlobal səviyyədə artan çağırışlar fonunda ümumi problemlərə koordinasiyalı cavab verilməsi, münaqişələrin qarşısının alınması və 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyində müəyyən edilmiş məqsədlərə nail olunması yalnız beynəlxalq əməkdaşlığın gücləndirilməsi və birgə fəaliyyət üçün ümumi məsuliyyətin üzərinə götürülməsi ilə mümkün olacaq.
Uzunmüddətli sülhə güc tətbiq etməklə nail olmaq mümkün deyil; sülh dialoq, qarşılıqlı anlaşma və qarşılıqlı hörmətə əsaslanmalıdır”, - deyə Baş nazir qeyd edib.