Rustavidə həbsxanaya narkotik keçirməyə cəhd edilib
25.09.2026 13:01
267
Siyasət
A
Rustavidə həbsxanaya narkotik keçirməyə cəhd edilib

Rustavidəki №17 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirməyə cəhdin qarşısı alınıb.

Aktual.ge xəbər verir ki, bu barədə Xüsusi Penitensiar Xidməti məlumat yayıb.

Məlumata görə, hadisədə məhbuslardan birinin müəssisəyə görüşə gələn ailə üzvünün şübhəli olduğu müəyyən edilib.

Xidmətin əməkdaşları narkotik vasitənin müəssisəyə keçirilməsinə imkan verməyib. Faktla bağlı toplanan materiallar araşdırılması üçün istintaq orqanına təqdim olunub.

Xüsusi Penitensiar Xidmət müəssisələrə daxil olan şəxsləri qadağan olunmuş əşya və maddələri keçirməyə cəhd etməməyə çağırıb və bildirib ki, belə hallara qanunvericiliyə uyğun hüquqi qiymət veriləcək.

ŞƏRH YAZ
2