Bakıdan Tbilisiyə əlavə qatar reysi AÇILIR?
25.09.2026 19:24
493
Dünya
A
Bakıdan Tbilisiyə əlavə qatar reysi AÇILIR?

"Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə reysin təyin edilməsi ilə bağlı hazırlıq işləri görülüb".

Aktual.ge xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev yerli mətbuata bildirib. 

O qeyd edib ki, əlavə reysin təyini ilə bağlı Gürcüstan tərəfi ilə danışıqlar aparılır:

"Azərbaycandan Gürcüstana gedənlərə nisbətən əks istiqamətdə gələnlər daha çoxdur. Ona görə də ilk vaxtlarda Tbilisi-Bakı istiqamətində bilet satışında tələbata uyğun olaraq bəzən müəyyən texniki çətinliklər yaranırdı. Amma sərnişinlər bir ay əvvəldən Bakıdan gedişlə yanaşı, qayıdış bileti də ala bilirdilər".

ŞƏRH YAZ
2