Kareli bələdiyyəsində ekskursiya avtomobili aşdı: 6 yaralı, 4-ü azyaşlıdır
12.10.2026 13:36
77
Siyasət
A
Kareli bələdiyyəsində ekskursiya avtomobili aşdı: 6 yaralı, 4-ü azyaşlıdır

Kareli bələdiyyəsinin Cama dərəsində ekskursiya avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində 6 nəfər xəsarət alıb, onlardan 4-ü yetkinlik yaşına çatmaylardır.

Aktual.ge-nin “Kartli Ambebi” nəşrinə istinadən verdiyi məlumata görə, yaralılar klinikaya yerləşdirilib. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin ikinci hissəsi ilə istintaq başlanıb. Həmin maddə yol hərəkəti qaydalarının pozulması nəticəsində sağlamlığa az ağır zərər vurulmasını nəzərdə tutur.

ŞƏRH YAZ
2