Kaya Kallas: “Gürcü Arzusu” gürcü xalqını Avropa gələcəyindən məhrum edir
12.10.2026 22:04
104
Siyasət
A
Kaya Kallas: “Gürcü Arzusu” gürcü xalqını Avropa gələcəyindən məhrum edir

"Gürcüstanla bağlı hazırkı yanaşmamız nə dəyişikliklərə nail olmaq üçün kifayət qədər təzyiq yaradır, nə də Avropanın strateji maraqlarını tam şəkildə həyata keçirməyə imkan verir. Bu məsələyə yanvar ayında qayıdacağıq".

Aktual.ge xəbər verir ki, bu barədə Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, “Gürcü Arzusu” gürcü xalqını sistematik şəkildə Avropa gələcəyindən məhrum edir.

“Gürcüstana gəlincə, burada demokratik geriləmə daha da dərinləşir, getdikcə daha çox müxalifət partiyası qadağan olunmaq təhlükəsi ilə üzləşir və ‘Xarici agentlər haqqında qanun’ vətəndaş cəmiyyətini boğur.

Gürcü xalqı Avropa gələcəyi istəyir, lakin ‘Gürcü Arzusu’ onları sistematik şəkildə bu gələcəkdən məhrum edir. Hazırkı yanaşmamız nə dəyişikliklərə nail olmaq üçün kifayət qədər təzyiq yaradır, nə də Avropanın strateji maraqlarını tam şəkildə həyata keçirməyə imkan verir. Bu məsələyə yanvar ayında qayıdacağıq”, – deyə Kaya Kallas qeyd edib.

ŞƏRH YAZ
0