Tbilisidə mütəşəkkil cinayətkar qrupun 7 üzvü saxlanılıb
29.10.2026 13:06
320
Siyasət
A
Tbilisidə mütəşəkkil cinayətkar qrupun 7 üzvü saxlanılıb

Gürcüstanda qrup halında zorakılığın təşkili, quldurluq və hədə-qorxu ilə pul tələb etmək ittihamı ilə 7 nəfər saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər sosial şəbəkələrdə qadın adları ilə saxta profillər yaradaraq kişilərlə əlaqə saxlayır, tanışlıq bəhanəsi ilə onları əvvəlcədən müəyyən edilmiş yerlərə dəvət edirdilər. Görüşə gələn şəxslərə qrup halında hücum edir, onları döyür, pullarını və şəxsi əşyalarını ələ keçirirdilər.

Bundan əlavə, zərərçəkənlərin döyülməsi və alçaldılması görüntülərini çəkərək sosial şəbəkələrdə yayır, daha sonra onlara psixoloji təzyiq göstərərək pul tələb edirdilər.

Axtarışlar zamanı soyuq silahlar, maskalar, taktiki avadanlıqlar, mobil telefonlar və kompüter texnikası maddi sübut kimi götürülüb.

Faktla bağlı istintaq davam edir. Təqsirləndirilən şəxsləri 12 ilədək həbs cəzası gözləyir.

ŞƏRH YAZ
0