Kateqoriyalar
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 29-30-da işgüzar səfərlə Gürcüstana gələcək.
Bu barədə Aktual.ge xəbər portalına Gürcüstan Hökumət Administrasiyasından məlumat verilib.
Məlumata görə, səfər çərçivəsində Gürcüstan və Azərbaycan Baş nazirlərinin həmsədrliyi ilə iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçiriləcək.
“Gürcüstanın baş naziri İrakli Kobaxidzenin azərbaycanlı həmkarı ilə təkbətək görüşü də planlaşdırılır.
Azərbaycan Respublikasının baş naziri Gürcüstana nümayəndə heyəti ilə birlikdə səfər edəcək. Nümayəndə heyətinin tərkibinə Azərbaycanın iqtisadiyyat, energetika, rəqəmsal inkişaf və nəqliyyat, elm və təhsil nazirləri daxildir”, – deyə məlumatda bildirilib.