Ağır yol qəzası: Ölənlər və yaralılar var
18.09.2026 23:22
959
Hadisə
A
Ağır yol qəzası: Ölənlər və yaralılar var

Siqnaği bələdiyyəsinin Nukriani kəndi yaxınlığında baş verən yol qəzası iki nəfərin ölümü, iki nəfərin isə yaralanması ilə nəticələnib.

Aktual.ge xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, hadisə zamanı "Ford" markalı yük maşını dayanmış vəziyyətdə olub. Dörd nəfər həmin avtomobilə yük yükləyərkən "Mercedes" markalı başqa bir yük maşını gəlib "Ford"a çırpılıb.Toqquşma o qədər güclü olub ki, "Ford"un yanında olan dörd nəfərdən ikisi hadisə yerində həyatını itirib, iki nəfər isə yaralanıb. Ölənlərdən biri 50 yaşlı kişi, digəri isə 30 yaşdan aşağı olan şəxsdir.

İki yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Hadisə yerində polis və xilasedici xidmət əməkdaşları səfərbər olunub.

ŞƏRH YAZ
4