Kateqoriyalar
Texniki nasazlıq səbəbindən 112-yə zənglər gecikmə ilə daxil olur.
Aktual.ge xəbər verir ki, bu barədə İctimai Təhlükəsizliyin İdarəolunması Mərkəzi (112) məlumat yayıb.
Məlumatda vətəndaşların zərurət yarandıqda zəng edə biləcəyi alternativ əlaqə nömrələr göstərilib.
“Əgər təcili yardıma ehtiyacınız varsa və 112 ilə əlaqə saxlaya bilmirsinizsə, aşağıdakı alternativ nömrələrə zəng edin:
591544375; 591946870; 591946840; 591544384; 577011174; 598087761; 599842206; 577011241
Texniki qrup problemin aradan qaldırılması üçün intensiv şəkildə çalışır və qeyd olunan nasazlıq ən qısa müddətdə aradan qaldırılacaq.
Yaranmış vəziyyətə görə üzr istəyirik”, - deyə məlumatda bildirilir.