Kateqoriyalar
Parlament vətəndaşların təşəbbüs qrupuna ən azı 25 000 seçicinin imzası ilə təqdim edilmiş, dövlət məktəblərində pulsuz məktəb qidalanması proqramının tətbiqini nəzərdə tutan təşəbbüsü geri qaytarıb.
Aktual.ge xəbər verir ki, Parlamentin Bürosu "Ümumi təhsil haqqında" qanuna təklif olunan qanunvericilik dəyişikliklərinin komitələrə göndərilməsi ilə bağlı qərar qəbul etməli idi, lakin Büdcə Ofisinin rəyinə əsasən təşəbbüs müəlliflərinə sənədləri geri qaytarıb.
Büdcə Ofisi Büroya məlumat verib ki, qanun layihəsinə maliyyə əsaslandırması əlavə edilməyib - maliyyə göstəriciləri və təxmini xərclər təqdim olunmayıb.