Parlamentin sədri Qaribaşvilinin sözlərinə belə reaksiya verdi
22.09.2026 18:02
234
Siyasət
A
Parlamentin sədri Qaribaşvilinin sözlərinə belə reaksiya verdi

Parlament sədri Şalva Papuaşvili bildirib ki, keçmiş Baş nazir İrakli Qaribaşvili məsələsinin “siyasi müstəviyə keçirilməsinin Gürcüstan ədliyyəsində nə əvvəllər, nə də indi perspektivi var”.

Aktual.ge xəbər verir ki, o, bu barədə jurnalistlərə Brüsselə səfəri zamanı açıqlama verib.

“Bu məsələ ilə bağlı geniş şərh verə bilmərəm. Hüquqi proses gedir və hüquqi proses hüquqi cavablar tələb edir. Məsələnin siyasi müstəviyə keçirilməsinin Gürcüstan ədliyyəsində nə əvvəllər, nə də indi perspektivi var. Bundan artıq şərh verə bilmərəm”, – deyə spiker qeyd edib.

ŞƏRH YAZ
4