SON DƏQİQƏ! Üzümçülərin etirazının miqyası böyüyür: Yolu bağladılar...
22.09.2026 13:32
614
Siyasət
A
SON DƏQİQƏ! Üzümçülərin etirazının miqyası böyüyür: Yolu bağladılar...

Kaxetidə artıq ikinci gündür davam etirazın miqyası genişlənib - Axalsopelidən sonra Veliçixe kəndində də vəziyyət gərginləşib.

Aktual.ge xəbər verir ki, bir qədər əvvəl üzümçülər mərkəzi avtomobil yolunu bağlayıblar, hazırda ərazidə nəqliyyatın hərəkəti iflic olub.

Üzümlə dolu avtomobillərdə artıq bir gecə keçirən kəndlilər bildirirlər ki, dağılışmaq niyyətində deyillər - tələbləri birdir: "Şərab zavodları üzümləri adekvat qiymətə qəbul etsinlər".

Etiraz keçirilən ərazidə bir neçə patrul ekipajı səfərbər olunub.

“Kaxetiyə diqqət yetirilməlidir, biz uyğun qiymət tələb edirik. Biz hökumətin yerinə yetirə bilməyəcəyi heç nə tələb etmirik”, - etirazçılardan biri deyib. 

“Kənd camaatına üzümünü təhvil vermək imkanı versinlər. Bu saqqallı Kobaxidze çıxıb deyir ki, bu qədər üzüm təhvil verilib, o qədər təhvil verilib. Nə təhvil verilib? Gülməli adamdır, həbs edilməlidir”, - etiraz aksiyasının iştirakçısı söyləyib.

Qeyd edək ki, etiraz əvvəlcə Kvareli bələdiyyəsinin Şilda kəndində başlayıb, daha sonra Axalsopelidə davam edib. Üzümçülərin sözlərinə görə, onların əvvəlcədən ölçdükləri üzümün şəkərlilik göstəricisi zavodlarda qəbul zamanı müəyyən edilən göstəriciyə uyğun gəlmir. Bu səbəbdən onlara məhsulu daha aşağı qiymətə təhvil vermək təklif olunur.

Hazırkı dövlət proqramına əsasən, şəkərliliyi 17%-dək olan üzümün alış qiyməti kiloqram üçün 30 tetri təşkil edir. Üzümçülərin bir hissəsi bildirir ki, bu məbləğ məhsulun yetişdirilməsi və yığılması xərclərini belə qarşılamır və qaydaların dəyişdirilməsini tələb edir.

ŞƏRH YAZ
0