Ana və bacısına zorakılıq edən kişi saxlanılıb
22.09.2026 17:55
121
Kriminal
A
Ana və bacısına zorakılıq edən kişi saxlanılıb

Qoridə anası və bacısına qarşı zorakılıq törətməkdə şübhəli bilinən təxminən 50 yaşlı kişi saxlanılıb.

Aktual.ge xəbər verir ki, bu barədə yerli “Kartlis Ambebi” məlumat yayıb.

Məlumata görə, prokurorun açıqlamasında bildirilir ki, prokurorluq bu gün məhkəməyə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi tələbi ilə müraciət edib.

Hadisə ilə bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsi - sağlamlığa qəsdən yüngül xəsarət yetirmə və 151-ci maddəsi - hədələmə üzrə aparılır.

ŞƏRH YAZ
0