Kobaxidze və Ərdoğan Nyu-Yorkda bir araya gəlib
22.09.2026 11:06
120
Siyasət
A
Kobaxidze və Ərdoğan Nyu-Yorkda bir araya gəlib

Gürcüstan və Türkiyə qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın inkişafını davam etdirmək niyyətini təsdiqləyiblər.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"BMT Baş Assambleyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüm. Gürcüstan və Türkiyə arasında uzunmüddətli strateji tərəfdaşlığı müzakirə etdik və qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinə sadiqliyimizi təsdiqlədik", - deyə İrakli Kobaxidze qeyd edib.

 

ŞƏRH YAZ
1