Kateqoriyalar
Marneuli bələdiyyəsinin Birinci Kosalı kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Aktual.ge xəbər verir ki, qəza bu gün axşam saatlarında qeydə alınıb. Hadisə nəticəsində bir nəfər həyatını itirib.
Məlumata görə, yük avtomobili ilə minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan şəxs hadisə yerindəcə dünyasını dəyişib.
Hadisə yerinə Fövqəladə Hallar Xidmətinin əməkdaşları, təcili tibbi yardım briqadası və patrul polisi cəlb olunub.
Qəza ilə bağlı araşdırma aparılır.
Allah rəhmət eləsin!

