Kriminal dairələrlə əlaqəsi olan Peikrişvili qardaşları saxlanılıb
22.09.2026 15:09
256
Kriminal
A
Kriminal dairələrlə əlaqəsi olan Peikrişvili qardaşları saxlanılıb

Daxili İşlər Nazirliyi David və Giorgi Peikrişvili qardaşlarının saxlanılması ilə bağlı məlumat yayıb.

Aktual.ge xəbər verir ki, qurumun məlumatına görə, Giorgi Peikrişvili bir vətəndaşı Tbilisidə yerləşən yaşayış evinə aparıb və orada ondan “kriminal himayə” müqabilində külli miqdarda pul ödəməsini tələb edib, əks halda isə onu öldürməklə hədələyib.

İkinci cinayət işinə gəlincə, istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, Tbilisidə qarşılıqlı mübahisə zəminində David Peikrişvili və onun şəxsi mühafizəçiləri gənc oğlana qarşı qrup şəklində zorakılıq törədiblər.

"Tbilisi Polis Departamentinin əməkdaşları iki müxtəlif cinayət işi üzrə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qrup halında törədilmiş zorakılıq və hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə üç nəfəri - əvvəllər dəfələrlə məhkum olunmuş, 1986-cı il təvəllüdlü qardaşlar Giorgi və David Peikrişvililəri, həmçinin 1983-cü il təvəllüdlü daha bir şəxsi saxlayıblar. İstintaqla müəyyən edilib ki, Giorgi Peikrişvili bir vətəndaşı Tbilisidə yerləşən yaşayış evinə aparıb. Orada ondan 'kriminal himayə' müqabilində külli miqdarda pul ödəməsini tələb edib, əks halda isə onu öldürməklə hədələyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi Tbilisidə saxlayıblar.

İkinci cinayət işinə gəlincə, istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, Tbilisidə qarşılıqlı mübahisə zəminində David Peikrişvili və onun şəxsi mühafizəçiləri gənc oğlana qarşı qrup halında zorakılıq törədiblər.

Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları hər iki şəxsi saxlayıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 181-ci və 126-cı maddələri ilə aparılır”, - DİN-in məlumatında deyilir.

Yerli mətbuat yazır ki, Tbilisidə genişmiqyaslı xüsusi əməliyyat gecə saatlarında keçirilib - kriminal polisinin xüsusi təyinatlı dəstəsi Peikrişvili qardaşlarının evlərinə gecə saat 03:00-da daxil olub.

Qeyd edək ki, Peikrişvili qardaşlarının adı Gürcüstanda illərdir müxtəlif kriminal işlərdə hallanır. David və Giorgi (Qoqa) Peikrişvililər əvvəllər dəfələrlə məhkum olunublar.

David Peikrişvilinin adı illər əvvəl baş vermiş və “əsrin qarəti” adlandırılan, Tbilisinin mərkəzindən 2 milyon lari aparılması ilə nəticələnən oğurluq hadisəsi ilə əlaqələndirilir.

Əkiz qardaşların soyadı Tbilisinin mərkəzində öldürülən Soso Coxadzenin işi ilə bağlı da hallanıb. Mövcud məlumata görə, Peikrişvililərlə Coxadzelər arasında qarşıdurma da olub.

ŞƏRH YAZ
0