Parlamentin sədri Brüsselə yola düşüb
22.09.2026 10:59
82
Siyasət
A
Parlamentin sədri Brüsselə yola düşüb

Avropa İttifaqının kəskin tənqidləri fonunda Parlamentin sədri Şalva Papuaşvili nümayəndə heyəti ilə birlikdə Brüsselə yola düşüb.

Aktual.ge xəbər verir ki, spikerin Brüsselə səfəri ilə əlaqədar məlumatı Parlamentin mətbuat xidməti yayıb.

Həmin məlumata görə, səfər çərçivəsində Parlamentin sədri Belçika Federal Parlamentinin Senatının və Nümayəndələr Palatasının prezidentləri ilə görüşlər keçirəcək.

Şalva Papuaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikolaz Samxaradze, Avropaya İnteqrasiya Komitəsinin sədri Levan Maxaşvili və Parlamentin Prosessual Məsələlər Komitəsinin sədri Davit Matikaşvili daxildir.

ŞƏRH YAZ
6