Kateqoriyalar
ABŞ Sahil Mühafizəsi Nantaket adası sahillərində radarlardan itən "Gulfstream" markalı tibbi təyyarənin qalıqlarını aşkar edib. Hava gəmisinin göyərtəsində olan altı nəfərin axtarışları davam etdirilir.
Aktual.ge xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti bəyanat yayıb.
Qurumun açıqlamasında bildirilib ki, Nantaket adası sahillərində qəza bölgəsi müəyyən edilib və radarlardan itən tibbi təyyarəyə aid olduğu təsdiqlənən qalıqlar aşkarlanıb.
Hazırda təyyarənin göyərtəsində olan altı nəfərin tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.