Bütün ölkəyə elan edildi: Hava şəraiti kəskin dəyişəcək
Bugün
423
Maraqlı
A
Bütün ölkəyə elan edildi: Hava şəraiti kəskin dəyişəcək

Gürcüstanda oktyabrın 20-dən etibarən yağış və güclü külək gözlənilir. 

Aktual.ge xəbər verir ki, bu barədə Ətraf Mühitin Milli Agentliyi məlumat yayıb.

Məlumata görə, oktyabrın 20-si gecə saatlarından Şərqi Gürcüstanda, oktyabrın 21-dən isə Qərbi Gürcüstanda yağış yağacağı gözlənilir. Yağıntılar oktyabrın 22-si günün ikinci yarısınadək davam edə bilər. Ölkənin şimalındakı dağlıq ərazilərdə, eləcə də Şida Kartli, Kvemo Kartli və Kaxeti bölgələrində bəzi yerlərdə yağışın güclü olacağı ehtimal edilir.

Bununla yanaşı, şimşək çaxması və küləyin güclənməsi də mümkündür.

Agentlik bildirir ki, güclü yağışlar Enguri, Araqvi, Alazani və İori çaylarında, eləcə də onların qollarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə və daşqınlara səbəb ola bilər. Həmçinin dağlıq və təpəlik ərazilərdə torpaq sürüşməsi və sel təhlükəsi yarana, şəhərlərdə isə bəzi əraziləri su basa bilər.

Agentlik müvafiq hava şəraitinin təhlükə səviyyəsini orta olaraq qiymətləndirib.

ŞƏRH YAZ
1