Gürcüstan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Tengiz Şarmanaşvili Salome Zurabişvilinin Fransada baş verən hadisələrin arxasında “Putinin qulaqlarının göründüyü” barədə açıqlamasını şərh edib. O, Rusiyanın müharibə şəraitində olduğu halda Avropanın bir sıra ölkələrində bu miqyasda üsyanları necə təşkil edə biləcəyini sual edib.
Aktual.ge xəbər verir ki, Şarmanaşvili sosial şəbəkədəki paylaşımında müharibədə olan, bir milyondan çox ölən və yaralananın olduğu, çoxsaylı sanksiyalarla üzləşən ölkənin Fransa, İspaniya, Belçika, İtaliya, Almaniya və Albaniyada bu miqyasda üsyanları necə təşkil edə biləcəyini soruşub.
“Müharibədə olan, bir milyondan çox ölən və yaralananı olan, çoxsaylı sanksiyalarla üzləşən ölkə Fransada, İspaniyada, Belçikada, İtaliyada, Almaniyada və Albaniyada bu miqyasda üsyanları necə təşkil edə bilir? Bu ölkələrdə əks-kəşfiyyat ləğv edilib? Əgər bu doğrudursa, Gürcüstanı belə imkanlara malik ölkə ilə qarşıdurmaya niyə sürükləyirdi? Onun sevimlisi Lavrov bu məsələ ilə bağlı ondan nəsə xahiş etməyib ki?” – deyə Tengiz Şarmanaşvili yazıb.