Kaxa Kaladze: Avropa və Yaxın Şərqdə gərginlik, Gürcüstanda isə iqtisadi inkişaf
Bugün
199
Siyasət
A
Kaxa Kaladze: Avropa və Yaxın Şərqdə gərginlik, Gürcüstanda isə iqtisadi inkişaf

"Son illərdə Gürcüstanda iqtisadi baxımdan müsbət tendensiya müşahidə olunur, ölkə irəliləyir və buna hakim komandanın həyata keçirdiyi siyasət imkan yaradıb".

Aktual.ge xəbər verir ki, bu sözləri Tbilisi meri Kaxa Kaladze jurnalistlərə müsahibəsində deyib. 

“Ümumilikdə, iqtisadi inkişaf baxımından çox müsbət tendensiyamız var. Son illərdə ölkə inkişaf edir, iqtisadiyyat böyüyür, yerli biznes irəliləyir. Bu, çox vacibdir. Bunun təsadüf olduğunu düşünməyin. Ətrafımızda, Avropada, Yaxın Şərqdə və ümumilikdə dünyada baş verənləri, siyasi vəziyyətin nə qədər mürəkkəb və gərgin olduğunu hamınız yaxşı görürsünüz.

Bu gün Gürcüstanın inkişaf etməsi və iqtisadi baxımdan irəliləməsi 'Gürcü Arzusu – Demokratik Gürcüstan'ın həyata keçirdiyi siyasət sayəsində mümkün olub. Çoxsaylı təhqirlərə, ədalətsiz münasibətə, təhdidlərə və böhtanlara baxmayaraq, bizim prinsipial mövqeyimiz var. Biz sülhün qorunmasını istəyirik və bunun ardınca digər proseslər də gələcək.

Nəticə etibarilə, bütün bunlar iqtisadiyyatda öz əksini tapır. İqtisadi inkişafı davam etdirəcəyik ki, ölkəmizin hər bir vətəndaşı rifahı öz həyatında hiss edə bilsin”, – deyə Kaxa Kaladze bildirib.

ŞƏRH YAZ
2