Marneuli bələdiyyəsinin İmir kənd sakinləri MagtiCom şirkəti tərəfindən kənddə 5G ötürücü stansiyasının quraşdırılmasına etiraz edirlər. Bu gün kənd sakinləri bir araya gələrək quraşdırma işlərinin dayandırılmasını tələb ediblər.
Sakinlərin sözlərinə görə, 5G texnologiyasının insan sağlamlığına mümkün təsiri onları narahat edir.
İmir kənd sakinləri aidiyyəti qurumları onların narahatlıqlarını nəzərə almağa və quraşdırma işlərini mümkün qədər tez dayandırmağa çağırırlar. Sakinlər tələbləri yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyasının daha geniş miqyas alacağını bildirirlər.
Merin İmir kəndinin nümayəndəsi Mahir Məmmədovun sözlərinə görə, internet ötürücü stansiyanın ərazisi sakinlərlə razılaşdırılaraq seçilib. Narazılığın səbəbi aydın olmadığından, əhali ilə yenidən görüş keçiriləcək və məsləhətləşmələr aparılacaq.