Qışın ayaq səsləri: Qar yolları bağladı, hərəkət dayandırıldı
05.11.2026 23:50
1139
Maraqlı
A
Qışın ayaq səsləri: Qar yolları bağladı, hərəkət dayandırıldı

Tsana–Lasdili və Uşquli–Lasdili avtomobil yollarında nəqliyyatın hərəkəti qadağan edilib.

Aktual.ge xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Məlumata görə, avtomobillərin hərəkətinə qoyulan məhdudiyyətin səbəbi intensiv qar yağışı və güclü duman olub.

Qeyd olunub ki, intensiv qar yağışı, güclü duman və məhdud görünüş səbəbindən dövlət əhəmiyyətli Kutaisi (Tskaltubo yol ayrıcı)–Tskaltubo–Tsageri–Lenteği–Lasdili avtomobil yolunun 141–151-ci kilometrlərində (Tsana–Lasdili), eləcə də Zuqdidi–Cvari–Mestia–Lasdili avtomobil yolunun 181–189-cu kilometrlərində (Uşquli–Lasdili) bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilib.

ŞƏRH YAZ
0