“Səni elə indi azad edəcəyik” | Saakaşvilidən Qaribaşvili ilə bağlı sensasion açıqlama
05.11.2026 17:38
726
Siyasət
A
“Səni elə indi azad edəcəyik” | Saakaşvilidən Qaribaşvili ilə bağlı sensasion açıqlama

"İrakli Qaribaşvili danışır ki, Mdinara­dzenin məktubu onun üçün psixoloji işgəncə olub. Bu, 2013-cü ildə Baço Axalayaya iki dəfə həbsxana kamerasında baş çəkərək ondan Saakaşvili əleyhinə ifadə verməsini tələb edən və 'ifadə versən, səni elə indi azad edəcəyik' deyən həmin Qaribaşvilidir".

Aktual.ge xəbər verir ki, bunları Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, keçmiş baş nazir İrakli Qaribaşvilinin siyasi məhbus kimi təqdim edilməsi “Gürcüstan uğrunda fədakarlıq etmiş əsl siyasi məhbuslara” qarşı təhqirdir.

"Bu, 2013-cü ildə Baço Axalayaya iki dəfə həbsxana kamerasında baş çəkən, onlardan birində isə televiziya kamerası ilə birlikdə gələn və ona ‘Saakaşvili əleyhinə ifadə ver, səni elə indi azad edəcəyik’ deyən həmin Qaribaşvilidir. Eyni məsələ ilə bağlı İvanişvili də iki dəfə Çubinidzeni Baçonun yanına göndərmişdi. Həm Qaribaşvili, həm də Çubinidze fəallıq göstərməkdə bir-birini qabaqlamağa çalışırdılar.

Təbii ki, cəmiyyətin diqqətindən bu məqam yayınıb. Bunun əvəzində isə ‘məktubla işgəncəyə məruz qalmış’ Qaribaşvilinin fəryadı geniş şəkildə tirajlanır. Bu isə məni belə düşünməyə vadar etdi ki, ‘Gürcü Arzusu’ təbiətcə isterik intriqaçılardan ibarətdir. Özlərinin törətdikləri əməllər, hətta Partsxala­dzenin Merabişvilini həbsxanadan çıxarması belə bir çox nümunələrdən biridir. Bütün bunlara baxmayaraq, onlar ən kiçik detalları belə böyük ədalətsizlik kimi təqdim ediblər.

Qaribaşvilinin siyasi məhbus kimi təqdim edilməsi Gürcüstan uğrunda fədakarlıq etmiş əsl siyasi məhbuslara qarşı böyük təhqirdir. Ümid edirəm ki, heç kim bu cəfəngiyyatı dəstəkləməyəcək”, – deyə Mixeil Saakaşvili yazıb.

ŞƏRH YAZ
1