Dünya bazarlarında qızıl və gümüş bahalaşmaqda davam edir
Bugün
55
Siyasət
A
Dünya bazarlarında qızıl və gümüş bahalaşmaqda davam edir

Dünya birjalarında qızılın qiyməti yüksək səviyyədə qalır.

Aktual.ge xəbər verir ki, məlumata görə, qızılın bir troya unsiyasının qiyməti 4 064 ABŞ dollarına çatıb. Bu, gün ərzində 0,92% artım deməkdir. Gümüşün bir unsiyası hazırda 51,92 ABŞ dollarına satılır. Son 24 saat ərzində gümüşün qiyməti 0,83% artıb.

Qiymətli metallar Gürcüstan bazarında da bahalaşır. Belə ki, 999 əyarlı qızılın bir qramı 356 lari, 750 əyarlı qızılın bir qramı 267 lari, 585 əyarlı qızılın bir qramı isə 208 lari təşkil edir.

Gümüşün qiymətinə gəlincə, 900 əyarlı gümüşün bir qramı 4,41 lariyə, 800 əyarlı gümüşün bir qramı isə 3,53 lariyə satılır.

ŞƏRH YAZ
0