Kiberhücumdan sonra Aktual.ge fəaliyyətini bərpa edib
05.11.2026 17:15
370
Maraqlı
A
Kiberhücumdan sonra Aktual.ge fəaliyyətini bərpa edib

2 noyabr gecə saatlarında qlobal miqyasda baş verən genişmiqyaslı kiberhücumdan sonra Gürcüstanda fəaliyyətində fasilələr yaranan bir sıra saytlar, o cümlədən Aktual.ge xəbər portalı yenidən fəaliyyətini bərpa edib.

Aktual.ge xəbər verir ki, texniki nasazlıqların aradan qaldırılması və serverlərin bərpası istiqamətində aparılan işlər nəticəsində Aktual.ge-nin fəaliyyəti yenidən təmin olunub.

Hazırda saytın fəaliyyətinin tam sabitləşdirilməsi istiqamətində texniki işlər davam etdirilir.

Qeyd edək ki, 2 noyabr gecə saatlarında baş verən kiberhücumdan sonra Aktual.ge xəbər portalı rəsmi sosial şəbəkələrində, xüsusilə "Facebook" səhifəsində xəbər paylaşımını dayandırmayıb. Portal kartlar və videolar vasitəsilə cəmiyyəti məlumatlandırmağa davam edib.

ŞƏRH YAZ
0